Azərbaycanlı fəallara qarşı təzyiqlər davam edir

Marağa və Binab şəhərlərində milli-mədəni fəallar İran Təhlükəsizlik Təşkilatına (ETTELAAT) çağırılıb.

Sozcu.az xəbər verir ki, milli-mədəni fəallar Səid Minayi və Həmid Yeganəpura bu gün telefon zəngi edilərək, ETTELAAT-ın yerli idarəsinə gəlmələri istənilib.

Qeyd edək ki, Babək qalasına keçiriləcək yürüş ərəfəsində güneyli milli-mədəni fəallara qarşı təzyiqlər artıb.