Azərbaycanlı fəalın taleyi həll olunur – Məhkəmə

Yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan tanınmış milli-mədəni fəal Abbas Lisani hakim qarşısına çıxarılacaq.

Sozcu.az xəbər verir ki, fəalın yaxınları məhkəmənin bu gün baş tutacağını bildiriblər.

Qeyd edək ki, Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-dən aclıq aksiyası keçirir.(Axar.az)