Azərbaycanlı fəal İrandan gələrkən saxlanıldı

Gənc siyasi fəal Samir Poladov İrandan gələrkən Biləsuvar gömrük məntəqəsində saxlanılıb.

Sozcu.az xəbər verir ki, bu haqda Ağ Partıyanın başqan muavini Rüfət Hacıbəyli sosial şəbəkədə yazaraq məlumat verib:

“Gənc siyasi fəal Samir Poladov indicə mənə zəng etdi ki, İrandan gələrkən Biləsuvar gömrük məntəqəsində saxlanılıb. Gömrük məntəqəsinin post rəisinin müavini Cəmil Quliyev ona məxsus bağlamalardan birini özünün iştirakı olmadan başqa bir otağa apararaq bağlamada axtarış aparır.

Samir Poladov bildirir ki, bu siyasi bir sifarişdir, sosial şəbəkələrdəki aktivliyinin qarşısını almaq üçün ona qarşı edilən bir təxribatdır”.