Azərbaycanlı fəal 40 milyon ödədi, ancaq yenə həbs edildi

Güney azərbaycanlı milli-mədəni fəal Həbib Sasanian bu gün ETTALAAT tərəfindən saxlanılıb.

Sozcu.az xəbər verir ki, 40 milyon dəyərində girovun hakimə təhvil verilməsinə baxmayaraq, fəal həbs olunub. Onun həbs olunmasına səbəb kimi tələb olunan girovun məhkəməyə deyilən vaxtdan gec təhvil verilməsi göstərilib.

Həbib Sasanianın axşama doğru azadlığa buraxılması gözlənilir.(Axar.az)