Azərbaycanın tarixi heykəli yerindən götürüldü – Foto

İranın Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərində “Təkəm” heykəli Bələdiyyə İdarəsinin qarşısından götürülüb.

Sozcu.az xəbər verir ki, Azərbaycanın mifik simvolunun ərazidə yaşayan kürdlərin etirazı nəticəsində götürüldüyü bildirilib.

Qeyd edək ki, “Təkə” türk dilində “erkək keçi”, “təkəm” isə “mənim keçim” deməkdir. “Təkə” qoyun sürüsünün başında gedən keçidir.(Axar.az)