“Azərbaycanın 20 faiz torpaqları təcili olaraq qaytarmalıdır” — Çavuşoğlu

“Azərbaycanın işğal olunan 20 faiz torpaqları təcili olaraq qaytarmalıdır”.

Sozcu.az-ın məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu bəyan edib.

Nazir bütün İslam aləminin Qədr Gecəsi və yaxınlaşmaqda olan Ramazan Bayramını təbrik edib və bu ölkələrdə baş verən hadisələrdən söz açıb.

Çavuşoğlu qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib və bu bəyanatla çıxış edib:

“Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq hüquq və BMT qərarları çərçivəsində çözülməlidir. Bu problem tez bir zamanda həll edilməlidir”.