Azərbaycanda “İrəvan” adlı futbol klubu yaradıldı

2019-2020 mövsümü üçün Azərbaycan Regional Liqasında daha bir klub iştirak lisenziyası alıb.

Bu, “İrəvan” adlanan klubdur.

Adından da göründüyü kimi, «İrəvan» Qərbi Azərbaycanın tarixi paytaxtını təmsil edir və əslən bu bölgədən olan bir qrup iş adamı klubu yaradıb.

Qeyd edək ki, “İrəvan” ev oyunlarını Abşeron Olimpiya Kompleksində keçirəcək.UĞURLAR!!!