“Azərbaycanda da Nigeriyada olduğuğu kimi üç nəfərdən biri yoxsuldur” –Zöhrab İsmayıl

“Deputat Ziyad Səmədzadə demişdi ki, Nigeriya Azərbaycandan da çox neft istesal edir, amma əhalisinin 30-40 faizi yoxsuldur. Çoxları Səmədzadəni qınadı ki, niyə bizi Norveçlə yox Nigeriya ilə müqayisə edirsiz? Əslində isə burda problem yoxdur, Azərbaycan Nigeriya kimi ölkələrlə müqayisə edilə bilər. Amma bir az dərindən…”
Sozcu.az xəbər verir ki, bunu iqtisadçı Zöhrab İsmayıl deyib. O, bildirib ki, Nigeriya neft istehsalına görə dünyada 13-cü yeri tutur (gündəlik 2000 barel) və bu Azərbaycanın istehsalından təxminən 2.4 dəfə çoxdur. Eyni zamanda Azərbaycanla müqayisədə Nigeriyanın ərazisi 11 dəfə, əhalisi isə 19 dəfə çoxdur.

“190 milyon əhalisi olan Nigeriya ümumən Azərbaycandan çox neft istehsal etsə də, adambaşına neft istehsalına görə bizdən 10 dəfə geri qalır.

Bununla belə bu gün Nigeriyanın bir çox sosial göstəriciləri Azərbaycanı üstələyir. Minimal əmək haqqı bizdə 106 dollar, Nigeriyada isə 175 dollardır. Orta əmək haqqı isə Azərbaycanda 340 dollar olduğu halda Nigeriyada 1294 dollar səviyyəsindədir.

Nigeriyanın əhalisinin doğrudan da 33% faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Buna səbəb də onillərlə davam etmiş vətəndaş müharibəsi və korrupsiyadır. Bununla belə Beynəlxalq Şəffaflıq Təşkilatının korrupsiyanı qavrama indeksinə görə Nigeria (144) Azərbaycandan (152) 8 pillə öndədir.

Azərbaycanda yoxsulluğun səviyyəsinə gəldikdə isə uzun illərdir ki, bu barədə olan rəsmi məlumat (5%) gülüş obyekti olaraq qalır. Bu məlumat təbii ki, saxtadır və Azərbaycanda Nigeriyadan fərqli olaraq yoxsulluqla bağlı həqiqi məlumatlar gizlədilir. Bununla belə bəzi təxminlərə görə, Azərbaycanda da Nigeriyada olduğuğu kimi üç nəfərdən biri yoxsuldur”.(Yeni Sabah)