Azərbaycan Vişeqrad Qrupunun və Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə iştirak edəcək

Azərbaycan nümayəndə heyəti mayın 6-sı Bratislavada (Slovakiya) keçiriləcək Vişeqrad Qrupunun və Şərq Tərəfdaşlığı ölkələrinin görüşündə iştirak edəcək.

Sozcu.az Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Qeyd edək ki, Vişeqrad dördlüyü və ya V4 kimi də tanınan Vişeqrad Qrupu 4 Mərkəzi Avropa ölkəsinin – Polşa, Çexiya, Slovakiya və Macarıstan – birliyidir.

Şərq Tərəfdaşlığı isə 2009-cu ildə yaranmış Polşa-İsveç təşəbbüsüdür və Aİ-nin şərq qonşularını əhatə edən Avropanın qonşuluq siyasətinin bir hissəsidir.(Virtualaz.org)