Azərbaycan sayəsində “Qazprom” dominant olmayacaq – Tiflis

Rusiyanın “Qazprom” şirkətinin Gürcüstan bazarında dominantlığı Azərbaycan qazının tədarükü sayəsində heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq.

Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava deyib.

“Bizim “Qazprom”la danışıqlarda əsas prinsipimiz hər şeydən öncə strateji təhlükəsizliyə əməl etməkdir. “Qazprom”un dominantlığından söhbət gedə bilməz”, – deyə o bildirib.(Axar.az)