Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümü başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümü start götürəcək.

Sozcu.az  xəbər verir ki, 28-ci ölkə çempionatında 8 klub 4 dövrəli sistem üzrə mübarizə aparacaq.

Mövsümün açılış matçı “Dalğa Arena”da olacaq. Burada “Keşlə” son illərin çempionu “Qarabağ”ı qəbul edəcək.

Turun digər oyunları qarşıdakı üç gün ərzində keçiriləcək.

Azərbaycan Premyer Liqası

I tur

16 avqust (cümə)

19:00. “Keşlə” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Dalğa Arena”

17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASCO Arena”

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Bakcell Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.