“Azərbaycan Ordusu hücuma keçib torpaqlarımızı azad etməlidir” — Millət Vəkili

Azərbaycan təxirəsalmadan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə
başlamalıdır.

Sozcu.az xəbər verir ki, Bunu “Ölkə.Az”a açıqlamasında deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, biz işğal altında olan torpaqları müharibə yolu ilə almalıyıq.

“Əlverişli şəraitdə Azərbaycan Ordusu hücuma keçib torpaqları azad etməlidir.Ermənilərlə qurtarmaq lazımdır. Bu gün hakimiyyətdə Paşinyandır, sabaha bir başqası. Biz bu …yanlarla məsləni birdəfəlik həll etməliyik. Ermənistan beynəlxalq hüququ kobudcasına pozur və ona gözün üstə qaşın var deyən yoxdur. Biz müharibə etsək kim buna mane olacaq? Əksinə, bu gün Azərbaycan torpaqları işğal edilib və beynəlxalq hüquq da bu işğal faktını qəbul edir.

Beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə bu əksini tapıb. Digər tərəfdən dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər Azərbaycanın ərazi bütövlüyü tanınırsa, bu dolayısı ilə Ermənistanın işğalçılıq siyasətini də tanımaq deməkdir. Odur ki, Azərbaycanın güc yolu ilə məsələni həll etmək üçün bütün hqquqi əsasları var. Ona görə də biz bu məsələni gecikdirmədən həll etməliyik. Daha bu problemin həllindən gündə nə qədər danışmaq olar… Bunun üçün yetərincə gücümüz və potensialımız var”- deputat qeyd edib.