Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib- Gömrük Komitəsi

Cari ilin yanvar-iyul aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən Sozcu.az-a bildirilib ki, Azərbaycanın yeddi ayda MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Türkmənistandır. Rusiyaya ixrac olunan məhsulların dəyəri 423 milyon 234 min ABŞ dolları, Ukraynaya 270 milyon 31 min dollar, Türkmənistana isə 14 min 502 dollar olub.