Azərbaycan gimnastı ikinci dəfə Dünya Kubokunda finala vəsiqə qazanıb

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan təmsilçisi Marina Nekrasova final mərhələsinə vəsiqə qazanıb.

Sozcu.az xəbər verir ki, o, bu gün təsnifat mərhələsində gimnastika tiri üzrə yarışda 12.566 xalla altıncı yeri tutub və finala adını yazdırıb.

Qeyd edək ki, dünən gimnastlarımız öz sevimli alətlərində – Marina Nekrasova dayaqlı tullanma (13.966), Murad Ağarzayev sərbəst hərəkətlər (14.066) və Nikita Simyonov isə halqalarda (14.433) final mərhələsinə keçiblər. Final mərhələsi sabah baş tutacaq.