“Azərbaycan Ermənistanı sülhə məcbur edə bilər” – ŞƏRH

“Ümumiyyətlə düşünürəm ki, yenə də həmişəki kimi Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv, Ermənistan isə qeyri-konstruktiv mövqedən çıxış edəcək”.

Sozcu.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

Onun sözlərinə görə, Vyana görüşündən də öncə Ermənistan baş naziri Nikol Paşinyanın dəfələrlə bəyan etməsi yəni üçüncü tərəf olaraq qondarma “Dağlıq Qarabağ Respublikası”nın erməni icmasının danışıqlara cəlb olunması məsələsi çox güman ki, yenə də müzakirə olunacaq: “Təbii ki, buna Azərbaycanın da reaksiyası bəllidir. Artıq bununla bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin də mövqeyi bəllidir. Bütövlükdə istənilən siyasətçilər, siyasi analitiklər bilirlər ki, bunun yalnız bir məqsədi var. Məqsəd hazırki status-kvonun uzadılmasıdır. Yəni Ermənistan de-fakto işğal etdiyi əraziləri öz nəzarətində qoruyub saxlamaq arzusundadır. Təbii ki, bu da bir məqsəd daşıyır.

Ermənilərin vaxtın uzadılması ilə bağlı dünyada, geosiyasi münasibətlərdə dəyişiklərin olunması, hansısa bir destruktiv qüvvələrin dünya iddiasında olması, bununla bağlı bəlkə də ermənilərə əlavə divident verməsi kimi və s. hazırda xülyalarla yaşayan bir Ermənistan dövləti var. Onlar bu xülyalarla özləri üçün mənəvi qida tapırlar və öz daxili auditoriyasını onunla qidalandırırlar. Beləcə hesab edirlər ki, bununla nəyəsə nail olmaq olar. Əslində bununla heçnəyə nail olmaq olmaz. Çünki Azərbaycan öz mövqeyini qəti surətdə göstərib. Güman edirəm ki, Vyana danışıqlarında Minsk Qrupunun həmsədrləri də real olaraq öz mövqelərini, imkanlarını ortaya qoymalıdırlar. Əgər bu danışıqlarda həmsədrlər Ermənistana onun haqq etdiyi yəni layiq olduğu təpkini göstərsələr güman edirəm ki, müəyyən irəliləyişə nail olmaq olar. Bu olmazsa, o zaman düşünürəm ki, Azərbaycan hər zaman olduğu kimi yəni hüququ var ki, öz gücü ilə ərazilərini işğaldan azad etsin və Ermənistanı sülhə məcbur etsin”.