Aysel bodidə foto paylaşdı

Müğənni Aysel Məmmədova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Sozcu.az xəbər verir ki, sənətçi çimərlik geyimində foto yayımlayıb. Aysel bodidə şəklinə “Anar Ağakişiyev, sakitləş, paylaşdım” sözlərini yazıb.

İzləyiciləri isə müğənniyə təriflər yazıblar. Onlar Ayselin də “Eurovision” təmsilçilərimizin ənənəsinə qoşulduğunu vurğulayıblar.

Qeyd edək ki, “Eurovision” təmsilçilərimizdən Səmra Hüseynova, Dilarə Kazımova da tez-tez çimərlik geyimindəki paylaşımları ilə gündəmə gəlib.(Axşam.az)

Facebook Comments