Ayrılıq iddialarına belə son qoydular – Foto

Xəbər verdiyimiz kimi, bir müddətdir müğənni Serdar Ortaç və həyat yoldaşı Xloenin boşanacağı haqda iddialar yayılıb.

Sozcu.az-ın məlumatına görə, ikili iddiaları yalanlasa da, bu barədə xəbərlər yenə də yazılmağa davam edib.

İkili ötən gün məkanlardan birində görüntülənib. Kameraları görən sənətçi “Bizdə pis, problemli heçnə yoxdur. Yaxşıyıq və bir-birimizi sevirik” sözlərini deyib.

Qeyd edək ki, onlar 2014-cü ildə ailə qurub.(Axşam.az)