“Ayrılan 1 milyard manatın yarısı aşağı gəlirli ailələrə paylansın” – TƏKLİF

Azərbaycanlı tanınmış jurnalist Anar Qaraxançallı ölkədə və dünyada koronavirusla bağlı baş verən fövqəladə vəziyyətlə bağlı Azərbaycan hökumətinə təkliflə müraciət edib.

Sozcu.az jurnalistin müraciətini olduğu kimi təqdim edir:

“Əziz və hörmətli hökumət nümayəndələri!

Yaşadığımız fövqaladə vəziyyətlə əlaqəli olaraq, dünyanın bir sıra normal ölkələri vətəndaşlarının qayğılarını həll etmək istiqamətində ciddi addımlar atıblar, atırlar. Bir çox hökumət rəhbəri vətəndaşlarına səslənərək, “siz evdə qalın, maliyyə problemlərinizi biz həll edəcəyik” deyirlər. Normal ölkələr vətəndaşlarına birbaşa 2000 dollara kimi yardım etdiklərinə görə, analoqu olmayan Azərbaycan bu sahədə yəqin ki, daha mütərəqqi addım atmağı düşünür, bilmirəm. Hazırda işin başındayıq, əgər ciddi addımlar atılmasa, böhran 1 ay sonra çox ciddi fəsadlar törədəcək.

Təkliflərim;

– bank, kredit kimi borcları ən azı 3 ay dayandırmaq,
– ayrılan 1 milyard manatın 500 milyonunu aşağı gəlirli 500 minədək ailələrə birdəfəlik 1000 azn yardım göstərmək,
– qalan 500 milyonu kiçik və orta biznesin ayaqda qalması üçün işçilərə 3 aylıq maaşın qarşılanması istiqamətində istifadə etmək.
İnsanlara heç bir yardım göstərmədən evdə qal demək daha böyük problemlərə qapı açacaq. İnsanlar ac qalanda önlərində heç kim dayana bilməyəcək. Ona görə də, lazımi addımlar atılmalıdır”.

Facebook Comments