Aynişanla Kənan boşanır? – Bir-birlərini təqibdən çıxardılar

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişanın həyat yoldaşı Kənanı İnstaqramda izləmədən çıxarması söz-söhbətə səbəb olub.

Sozcu.az-ın məlumatına görə, izləyicilər cütlüyün ayrıldığını iddia ediblər. Kənanın da öz növbəsində Aynişanı və qayınanası A.Haşımovanı İnstaqramda “unfollow” etməsi diqqətdən yayınmayıb.

Haşımova da Kənanı izləmədən çıxarıb, eyni zamanda qızının toyu ilə bağlı bütün paylaşımları sosial media hesabında silib.

Aynişan və Kənan isə İnstaqramda toylarından yalnız özləri olan kadrları saxlayıb.

Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb. Onların toyu bu ilin fevralında gerçəkləşib. MediaPost

Facebook Comments