Ayları necə adlandırmalıyıq?

Abdulla İsmayıloğlu

Bir neçə ay əvvəl özlərini “intelektual”, “dünyagörmüş”, “ağıllı” hesab edən bəzi
ikiayaqlı ünsürlər ilin on iki aylarını öz məhdud beynləriylə adlar yapışdırmışdılar.
Məsələn: xocalı ayı, qubadlı ayı, ağdam ayı, füzuli ayı və s. bu kimi ifadələrlə güya
Dağlıq Qarağa sevdalarını bildirmişdilər.

Dildə özlərini vətənsevər kimi təqdim edən, əslində isə hansı yuvanın quşları olduğu bəlli
olan saxta patriotlar göbələk kimi çoxalmaqdadır. Çoxalmaqda olan ikiayaqlı göbələklər
haqqında ən kəsərli sözü mərhum xalq şairimiz Bəxtiyar Vahabzadə “Utanıram”
şeirindəki

Vətən getdi, şeir yazdıq,
Sən mənimsən ana Vətən

misraları cavab vermişdi. Ona görə də yuxarıda qeyd etdiyim ünsürlər haqqında əlavə
nəsə deməyə lüzum görmürəm.

Bizim nəsil o günləri görüb-görməyəcəyi böyük sual altında olsa da, adım kimi əminəm
ki, zaman gələcək millətim içindən yenidən babəklər, şah ismayıllar, təhmasiblər,
nadirlər kimi liderlər yetişərək, həm daxili, həm xarici düşmənlərin başlarını əzib,
boyunlarını vuraraq Dərbəddən tutmuş İran körfəzinə qədər böyük coğrafiyanı əhatə edən
tarixi torpaqlarımızı birləşdirəcək. Eyni zamanda hər bir ərazimiz düşməndən
təmizləndikcə həmin parlaq zəfərlərin baş verdiyi təqvimləri şərəf və iftixar hissiylə
bağıraraq qeyd edəcəyik.

Tarixi əhəmiyyət zərurətindən ayların ifadə olunmasıyla bağlı fikrimi nəzərinizə
çatdırmamışdan öncə iyun, iyul, avqust aylarının adlandırılmasında mənə köməklik edən
və təkliflərini əsirgəməyən intelektual xanım olan Rəqsanə Qədirbəyliyə dərin
təşəkkürümü bildirirəm.

YANVAR –   Məhəmməd Əmin Rəsulzadə və şəhidlər ayı;
FEVRAL –    Tərk olunmuşların soyqrımı ayı;
MART –       Yeganə milli bayramımız olan Novruz ayı ;
APREL –      II Respublika ayı;
MAY –         I Respublika ayı;
İYUN –      “Sadiqlik və əsl məhəbbət” ayı;
İYUL –        Milli mətbuat və Jurnalistika ayı;

AVQUST –     Əlifba və Azərbaycan dili ayı;
SENTYABR – Bakının azad olunması ayı;

OKTYABR –    4-cü Respublikanın yaranması ayı ;
NOYABR –     Mövcud Bayrağımızın ayı ;
DEKABR –      III Respublikanın yaranması; Oyanış-həmrəylik ayı.

Qeydlər:

1. 1884-cü il yanvar ayının 31-də Azərbaycanda ilk respublika quruluşlu dövlətin
banisi olan M.Ə.Rəsulzadənin doğum və 20 yanvar 1990-cı ildə haqlı olaraq etiraz
edən və tanklar qarşısında qorxmadan dayanaraq həlak olanların ayı.

2. 26 Fevral 1992-ci ildə milli satqınlarımız səyi ilə ölümə tərk edilən və erməni-rus
hərbi birləşmələri tərəfindən qətl edilən Xocalı şəhidləri.

3. İslam və dünyəvi bayramlardan fərqli olaraq bütün türk xalqlarının olduğu kimi
Azərbaycan türklərinin də yeganə milli bayramı olan Novruz.

4. II Respublika – 1920-1922-ci illərdə mövcud olmuş ilk sovet quruluşlu
Azərbaycan Sovet Sosialist Respublikası

5. 28 may 1918-ci ildə Azərbaycan bütün türk və müsəlman dünyasında ilk
respublika quruluşlu dövlət qurdu. Bununlada I Respublikanın əsası qoyduq.

6. 30 iyun 1989-cu ildə 20 Yanvar şəhidlərimiz İlham və Fərizənin toy günləridir.
Məhz bu iki cütlük, xüsusən də Fərizə əsl Azərbaycan türk qadının necə sadiq,
fədakar olduğunu göstərdi. Həmin gün ölkəmizdə qeyri-formal olaraq “Sevgililər
günü” kimi qeyd edilir. Milli ordunun yaranmasını ona görə qeyd etmədim ki,
Azərbaycanda ilk hərbi nizami birləşmələr 1905-ci ildə “Difai” təşkilatı tərəfindən
yaradılıb və düşmənlərə qan uddurub. Sadəcə bəzi şərəfsizlər bu tarixin əvəzinə
1918-ci il 26 iyunu sırıyırlar. Hansı ki, Şıxlinski kimi koloborsionistin yaratdığı

əlahiddə hissələrdən də öncə Həbib bəy Səlimovun yaratdığı hərbi birliklər var idi
və Qafqaf İslam Ordusu tərkibində yəhudi-rus bolşevik və erməni-daşnak
birləşmələrinə qarşı mərdliklə savaşırdılar.

7. Azərbaycanın böyük maarifçilərindən biri Həsən bəy Zərdabi 22 iyul 1875-ci ildə
ana dilimizdə ilk qəzet olan “Əkinçi” ni yaratdı. Bu qəzetin yaranması ölkəmizdə
sonrakı mətbuat orqanlarının yaranmasına təkan verdi. 1906-cı ildə isə ilk milli
jurnalımız olan “Molla Nəsrəddin” jurnalı yaradıldı. Məhz 22 iyul ölkəmizdə
“Milli mətbuat və Jurnalistika” günü kimi qeyd olunur

8. 1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı
təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Yeni müstəqil əlifbaya keçməyin
zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. 1 avqust
1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış
və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri
təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba
1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır. Azərbaycan
Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu
fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və
Azərbaycan dili Günü elan edilmişdir.

9. 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfəndin Bakı şəhəri yalnız daşnaklardan yox,
yəhudi-rus bolşevik qoşunlarından təmizləndi. Çünki 1918-ci ilin oktyabrında
Rusiyada baş verən inqilabın başında duranlarda, həyata keçirənlər də,
hakimiyyətdə oturanlar da yəhudi-sionistlər idi. Ona görə başda rus xalqı olmaqla
bütün imperiyada yaşayan xalqların qanına qəltan edənlər də məhz sionist-
yəhudilər idi. İzlərini də itirmək üçün hər milləti özünün nümayəndəsi ilə qanına
qəltan etdirirdi. Onu da xüsusi qeyd edim ki, bizlərə yalnız erməni kimi təqdim
edilən 26 Bakı komisarlarının 6-sı yəhudi idi (Basin, Zevin, Minşe, Koqanov,
Boqdanov qardaşları) və onlar da ən az Şaumyan qədər millətimin qanına qəltan
olunmasından həzz alıblar. Həmçinin Sovet Rusiyası, həmçinin sonralar isə
yaradılar SSRİ-in 1937-ci ilə qədər iri rəhbər vəzfə kürsülərində əyləşənlərin
böyük bir hissəsi sionist-yəhudilər idi. Qısası istər qırmızılar tərəfində, istər əks
cəbhədə, istərsə də neytral qalan yəhudilər həmin illər paytaxtımızda at
oynadırdılar.

10. IV Respublika – 18 oktyabr 1991-ci ildə qurulan və bu gün də mövcudluğunu
davam etdirən Azərbaycan Respublikası

11. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı
sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü Azərbaycan Respublikası
ərazisində və ondan kənarda yaşayan azərbaycanlılar arasında bayram kimi qeyd
olunur.

12. III Respublika – 1936-cı ilin 5 dekabrında Zaqafqaziya Sovet Federativ Sosialist
Respublikalar İttifaqı özünü buraxdıqdan sonra Azərbaycan Sovet Sosialist
Respublikasının yeni konstitusiyası qəbul edilir, həmin ana yasada Azərbaycan
SSR müstəqil, suveren və müstəqil dövlət olduğu qəbul edilir. Həmçinin həmin
ildə qəbul edilmiş SSRİ konstitusiyasının II fəslinin 13-cü maddəsində qeyd
edilirdi : SSRİ könüllü və bərabərhüquqluluq əsasında əsasında yaranan dövlətdir.
Bu bir daha onu göstərir ki, Azərbaycan SSR suveren dövlət olub.
1989-cu ilin sonlarında genişlənən milli hərəkatın nəticəsində Azərbaycan SSR-
nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq
Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları
yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Bununla da 31 Dekabr
dünya azərbaycanlıların həmrəylik bayramına çevrildi.

Sozcu.az