Aygün və Faiq barışdı

Xalq artistləri Aygün Kazımova və Faiq Ağayev barışıb.
Sozcu.az xəbər verir ki, onlar Yeni illə bağlı “Buta palace”da keçirilən şənlikdə bir araya gəliblər. İfaçıların birlikdə çəkilən fotosunu müğənni Sevda Yahyayeva sosial şəbəkədə paylaşıb. Şəkildə Aygün və Faiqin səmimi görüntüsü diqqət çəkib.

Qeyd edək ki, Kazımova və Ağayev arasındakı soyuqluq bu ilin yayında dicey Kazım Sübhanın toyunda ortaya çıxmışdı. Onlar eyni masada oturmaq istəməyib, salamlaşmayıblar.

Facebook Comments