“Aydın Mirzəzadəni edama məhkum edirəm” – AKİF NAĞI

Akif Nağı

AYDIN MİRZƏZADƏ , ” YAXŞI BAŞLADIN , PİS QURTARDIN”

Millət vəkili , mühüm komissiyanın üzvü, YAP-ın vacib adamlarından biri Aydın Mirzəzadə erməni snayperinin zabitimizi vurmasına cavab olaraq bildirdi ki, bizim də snayper Paşinyanı hədəfə alıb gəbərtməlidir. Hakimiyyət nümayəndələrindən çoxdan gözlədiyimiz mövqe idi. Həmişə demişik ki, adamlarımız vəzifərini , oturduqları kreslolarını itirməkdən qorxmamalı , cəsarətli , qeyrətli , kişi mövqeyi nümayış etdirməlidirlər. Bu baxımdan dünən digər millət vəkili Fərəc Quliyevin də mövqeyinə sevindik , dedi ki, mobil qruplar yaradıb , cəbhə istiqamətində hərəkətə keçmək gərəkdi. Mən , başqalarını bilmirəm , şəxsən bu sözləri partizan müharibəsinə çağırış kimi dəyərləndirdim və sevindim ki, daha bir məsul şəxs kreslosunu itirməkdən qorxmayaraq , qeyrətli və gərəkli çağırışla çıxış edir.

Bundan bir gün əvvəl dəyərli Rufiz bəyin əksərən iqtidar nümayəndələrinin iştirakı ilə keçirdiyi Qarabağ Forumunda mən Qarabağa dair ənənəvi sərt mövqeyimizlə , müharibə tələbi ilə çıxış etdim , və gözləmədiyim halda zaldan ciddi dəstək qazandım , məndən sonra çıxış edənlər məndən də radikal çıxışlar etdilər. İqtidar nümayəndələrinin bu çıxışlarına sevinmişdim, bir gün sonra Aydın və Fərəc bəylərin də çıxışına sevındim. Amma Aydın müəllimın sonrakı açıqlaması təəssüf doğurdu, ” üzrü günahından (buna günah demək özü də günahdı) betər oldu. Adam deyir ki, snayperlərimiz ehtiyatlı olsunlar , birdən səhvən Paşinyanı vurarlar. Yazıq adam özünü çox pis vəziyyətə qoydu. Mən bildiyimə görə , vicdanını hələ tam itirməmiş az adamlardandı , ona görə də qorxuram ki, vicdan əzabından başına bir iş gələ. Köhnə filmlərdən birinin general qəhrəmanı haqq sözünü deyib komandirinə üsyan edən , sonra peşman olub diz çökən əsgərinə müracitlə deyir: “Əsgər, yaxşı başladın , pis qurtardın, asın.” Aydın Mirzəzadə də həmin vəziyyətə düşdü . Görək bu əsgərin generalı nə deyəcək? Mən isə hesab edirəm ki, doğrudan da yaxşı başlamışdı, çox pis qurtardı, ona görə də onu ictimai edama məhkum edirəm.

Sonda bildirirəm ki, Dağlıq Qarabağda olan hər kəs , Ermənistandan və ya başqa yerdən oraya gələn hər kəs terrorçudur , ona görə də onların hər biri Azərbaycan əsgəri , snayperi tərəfindən məhv edilməlidir.