Ayda radiasiya var

Tədqiqatçılar Aydakı radiasiya səviyyəsi haqqında ən ətraflı məlumatları əldə edib.

Məlum olub ki, Ay səthində, Beynəlxalq kosmik stansiyaya (BKS) nisbətən ikiqat daha çox radiasıya payı almaq olar. Alimlərin fikrinə görə, uçmaq olar – lakin ehtiyatlı olmaq lazımdır. Çinin “Çanye-4” missiyası 2019-cu ilin yanvarında Aya enib. Ayın üzərinə stasionar modul və “Yuytu-2” ay aparatı endirilib. Ay aparatı Ayda hərəkəti zamanı insanlar üçün təhlükə yarada biləcək hər cür radiasiyanın növünü qeydə alıb. Bunlar yüklü hissəciklər (elektronlar və atom nüvələri), neytronlar və qamma şüaları idi. Bəşəriyyət ilk dəfə Ay səthindəki radiasiya vəziyyətinə dair bu cür dolğun məlumatlara sahib olub.

Facebook Comments