Ayan və ailəsi “Megafun”dakı partlayışda xəsarət aldı

Bu gün “Megafun” əyləncə mərkəzində helium şarının partlaması nəticəsində alışma baş verib.

Sozcu.az xəbər verir ki, həmin vaxt müğənni Ayan Babakişiyeva anası və qızı ilə birlikdə orada olub.

İfaçı özü bu barədə İnstaqram hesabında məlumat verib:

“Yanğında mən və ailəm də orada idik. Ən yaxın rəfiqəmin özəl günü idi. Həyatımda ən dəhşətli günü yaşayıram. O partlayış nə idi? Selena, anam, mən və ən yaxınlarım xəsarət alıb. Hər kəsi möcüzə xilas etdi. Günah ora gələn animatorlarda oldu. Tək balam yox, hər kəsin övladı xəsarət aldı. Xəstəxanadan evə indi gəldik. Allaha çox şükür”.