Aya Sofyanın divarlarındakı ikona təsvirlərinin taleyinə aydınlıq gətirilib

Ötən gün muzey statusu ləğv olunaraq, məscid elan olunan İstanbulun məşhur Aya Sofya məbədinin divarlarına çəkilmiş ikona təsvirlərinin taleyinə aydınlıq gətirilib.

“HaberGlobal”ın məlumatına görə, insan təsvirləri olan ikonalar üçün açılıb-bağlanan xüsusi pərdələr düzəldiləcək.
İnsan təsviri olmayan mozaikaların örtülməsi isə müzakirə mövzusu deyil.

Qeyd edək ki, hazırda Aya Sofya məscidində 10-dan çox ikona və dini simvollar var.

Facebook Comments