“Ay şərəfsiz, mən Qarabağda döyüşəndə sən haradaydın?!”

Xəbər verdiyimiz kimi, politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ döyüşləri zamanı qadınlardan ibarət batalyonun üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlədib.

Sozcu.az xəbər verir ki, onun bu çıxışı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub:

“Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi. Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə oradaydılar”.

Qarabağ qazisi Gültəkin Quliyeva da politoloqun işlətdiyi ifadələrə görə döyüşən Azərbaycan xanımlarından üzr istəməsini tələb edib:

“Cümşüd Nuriyevə kim haqq verib ki, Azərbaycan xanımlarını təhqir edir?! Onun kimi ər olmaqdansa, ərsiz olub, vətənin müdafiəsinə qalxmaq şərəflidir. Xanım Xəlilova ilə aralarında nə baş verdiyini bilmirəm, mən müharibəyə vətənimi qorumaq üçün getmişəm. Xanım Xəlilovaya görə döyüşçü qadınları təhqir etmək olmaz. Ay şərəfsiz, mən döyüşəndə sən haradaydın?! Tələb edirəm ki, bütün Azərbaycan xanımlarından, döyüşçülərdən, şəhid ailələrindən, qazilərdən üzr istə!”(Yeni Sabah)

Facebook Comments