“Ay millət, 48 saat evdə oturacağıq…”

Kimə bəla, kimə sərvət, kimə mırt…

2011-ci ildə Eric Yuan adlı bir nəfər San-Xose şəhərində “Zoom Video Communications” adlı şirkət qurdu. 2017-ci ildə şirkətin bazar dəyəri ilk dəfə 1 mlrd. dollara çatdı, bu günə isə şirkərin bazar dəyəri 50 mlrd. dolları keçib. Pandemiya zamanı şirkətin səhmləri 480% yüksəlib, qurucusu olan Eric Yuanın sərvəti 10,7 mlrd. dollar təşkil edir. Halbuki, bu qaqaş şirkəti cəmi 10 mln. dollarla qurmuşdu.

XalXın uşaqları azad ölkələrdə şirkət qurur, platforma yaradır ki, insanlar öz fikirlərini bölüşsünlər, bununla böyük sərvət qazanırlar, bizimkilər isə azad olmayan ölkədə Zooma girib ağıllı fikirlər, tezislər yaymaqdansa səy-səy danışıb, onu-bunu söyürlər.

XalXın uşaqları ilkin dəyəri cəmi bir neçə min dollar olan facebook yaradıb sonra onun dəyərini 230 mlrd. dollara çatdırdılar, azad olmayan ölkələrin sakinləri üçün keyfiyyətli platforma yaratdılar, bizimkilər isə facebook-a girib oxumadan şərh yazırlar, izləmədən söyüş söyürlər, maraqlı fikir yazanda müzakirə etmirlər, amma “lyuboy” mırt həmən gündəm olur.

Ay millət, 48 saat evdə oturacağıq, gəlin facebook-u ciddi müzakirə platformasına çevirmək üçün bu 2 sutkadan istifadə edək. Kiminsə “tırkasına” deyil də, öz dünya görüşmüzə, maraqlı elmi araşdırmalara istinadən yazılar yazaq, müzakirələr açaq, bir-birimizə hörmətlə yanaşaq, təhqirləri, söyüşləri yığışdıraq. Necədi?!

Natiq Cəfərli

ReAl Partiyanın funksioneri

Facebook Comments