“Axşam və səhər boğazımı yaxalayıram” – Elman Nəsirov

“Koronavirusdan qorunmaq üçün indiyə kimi heç bir maskadan istifadə etməmişəm”.

Sozcu.az-ın xəbərinə görə, bunu V çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Mən əllərimi tez-tez yumağı xoşlayıram. Adamların çox olduğu yerlərdə demək olar ki, olmuram. Onu da deyim ki, axşam və səhər boğazımı yaxalayıram. Bundan əlavə, C vitamini qəbul edirəm. Ümumiyyətlə payız və yaz mövsümündə bəzi xəstəliklər baş qaldırır. Ondan qorunmaq üçün isə immuniteti gücləndirmək lazımdır” – E.Nəsirov qeyd edib.

Deputat onun zəif nöqtəsinin boğazı olduğunu deyib: “İşimizlə bağlı çox danışırıq. Bu da bizim səs tellərimizə öz təsirini göstərir. Ona görə də səhər və axşam boğazımı yaxalayıram”.(Report)

Facebook Comments