AXH-nin qərərgahına polis basqını oldu

Bu gün Azərbaycan Xalq Hərəkatının İdarə Heyyətinin və Hərəkat daxilində fəaliyyət göstərən Qarabağ Komitəsinin birlikdə toplantısı keçirilib. AXH İdarə Heyyətinin üzvlərinin verdiyi məlumata toplantı gedən zaman mərkəzi qərərgaha ümumi sayı 30-40 nəfər olan silahlı polis əməkdaşları daxil olaraq toplantını zor gücünə dağıtmış, hərəkatın rəhbərlərini ofisdən məcburi qayda da çıxartmışdır.

Hazırda AXH-nin ofisinin daxilində axtarış aparıldığı bildirilir. AXH rəhbərliyinə daxil olan şəxslər AnTV.az-a bildirirlər ki, axtarış əsasən üzvlərin siyahılarının tapılması istiqamətində aparılır. Sitat: “Onlar üzvlərimizi müəyyən etməyə çalışırlar, lakin üzvlərin siyahıları qərərgahda saxlanılmır”.

Polisin Azərbaycan Xalq Hərəkatının mərkəzi qərərgahını qapılarının blomplanmasına hazırlıq gördüyü də gələn informasiyalar sırasındadır.

Mövzunu diqqətdə saxlayacağıq.