AXH-nin mitinqinə icazə verilmədi

Azərbaycan Xalq Hərəkatı 22 aprel tarixində Bakı Şəhəri İcra Hakimiyyətinə mitinq icazəsi üçün müraciət etmişdi.

Sozcu.az xəbər verir ki, 25 may tarixinə nəzərdə tutulan mitinq müraciətinə BŞİH cavab verib.

Cavabda qeyd olunur ki, 25 may 2019 tarixində nəzərdə tutulan mitinq məqsədəuyğun hesab edilmir. Bu isə Azərbaycan Xalq Hərəkatının ilk mitinq müraciətinə “yox” cavabının verilməsi deməkdir.

BŞİH-nin təqdim etdiyi cavabı təqdim edirik: