AXH bəyanat verdi

Azərbaycan Xalq Hərəkatı bəyanat yayıb

Bəyanatda bildirilir:

“Azərbaycan Xaql Hərəkatı İdarə Heyətinə daxil olan məlumata görə, təşkilatımızın Beyləqan şöbəsinin sədri Mürvət Beyləqanlıya qarşı təzyiq və təqiblər hələ də davam edir. Belə ki,bu gün, may ayının 29-da onu növbəti dəfə polis şöbəsinə çağıraraq hədə-qorxu gəlmişlər. Ondan AXH-dəki siyasi fəaliyyətini son qoymağı tələb ediblər. Təbii ki, o, dəfələrlə ona qarşı edilən edilən bu təzyiq və hədə qorxulardan çəkinən adamlardan deyil. Bunu polislər də çox yaxşı bilir.

Artıq neçənci dəfədir ki, onun yanına xüsusi öyrədilmiş adamlar göndərilir, onların əli ilə təhqirlərə məruz qoyulur, ünvanına şər və böhtanlar atılır.

Azərbaycan Xalq Hərəkatı olaraq Azərbaycan hakimiyyətindən üzvümüzə qarşı edilən bu haqsızlığı qəti olaraq pisləyir və onun şəxsinə qarşı edilən bu təzyiqlərə son qoyulmasını tələb edirik.”

Facebook Comments