AXCP üzvünü kamera qarşısında döyüblər -ƏLİ KƏRİMLİ

“Dostlar, məlumat tam dəqiqləşib, bu rejim lap iyrənc imiş. Elzamini elə pis döyüblər ki, heç Binəqədi saxlama mərkəzi qəbul etmirmiş, vəziyyəti yaxşı deyil.

Əlizamin bəyə qarşı 8-ci polis bölməsində cinayət törədilib. Əlizamin bəy imkan tapıb, bizə xəbər göndərib. Əlizamin bəyə işgəncə verilib, vəhşicəsinə döyülüb, lakin Binəqədi Müvəqqəti Saxlama Mərkəzində deyil, həbs olunduğu polis bölməsində. Əlizamin bəyi də videokamera qarşısında döyüblər. Əlizamin bəy polis bölməsində elə döyülüb ki, hətta Binəqdi Müvəqqəti Saxlama Mərkəzində o şəraitdə onu qəbul etməyiblər. Polislər onu xəstəxanaya aparıblar. Xəstəxanada həkimlər bildirib ki, onu tibbi əməliyyat etmək lazımdır. Lakin Əlizamin bəyi ora aparmış polis buna imkan verməyib və bildirib ki, ilkin tibbi yardım göstərilsə kifayətdir.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon Şöbəsinin fəalı Əlzamin Salayevin həbsi zamanı işgəncə xəbərinə münasibət bildirən AXCP sədri Əli Kərimli deyib:

“Ölkədə polis zorakılığı və işgəncə meydan sulayır, dövlət siyasəti statusu alıb. Əlizamin bəyə qarşı törədilənlər konkret cinayətdir. İlham Əliyevin şəxsi rəhbərliyilə həyata keçirilən işgəncə siyasətinin icraçısı DİN, ört-basdır edəni isə prokurorluq və məhkəmə sistemidir. Özünü ləyaqətli vətəndaş və demokratik düşüncəli insan hesab edən hər bir şəxs indi susmamalıdır. Dövlət səviyyəsində həyata keçirilən işgəncə siyasətini durdurmaq üçün səsini qaldırmalıdır. Ya biz millət olaraq birgə səylərimizlə bu cinayətkar mexanizmi durdurmalıyıq, ya da susduqca sıra hamıya çatacaq”.

Facebook Comments