AXCP sədri benzinin ucuzlaşdırılmasını tələb etdi

Azərbaycanda da benzin ucuzlaşdırılsın!

Dünya bazarında neft qiymətləri düşdüyü üçün benzin də bütün dünyada ucuzlaşacaq. Məsələn, sabahdan Türkiyədə benzinin 1 litrinin qiyməti 78 kuruş (0.78 lirə) ucuzlaşacaq (link şərh bölümündə). Azərbaycanda benzin nəyə görə ucuzlaşmasın? Necə olur ki, nefti xaricə 2 dəfə ucuz qiymətə satmalı olursan, ancaq öz xalqına həmin neft məhsullarını əvvəlki (deməli 2 dəfə baha) qiymətlərlə satmaqda davam edirsən? Aydındır ki, neftin qiymətinin düşməsinə görə hesabı onsuz da sadə xalq ödəyəcək. Bahalaşmanın da, devalvasiyanın da, büdcə gəlirlərinin azalmasının da zərərini xalq görəcək. Heç olmasa, benzin və digər neft məhsullarının qiyməti bizdə də bütün dünyada olduğu kimi, azalsın!

Əli Kərimli, AXCP sədri

Facebook Comments