AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü azadlığa çıxıb

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli azadlığa çıxıb.

Sozcu.az-ın məlumatına görə, onun cəzası başa çatdığı üçün bu gün 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Facebook Comments