AXCP bəyanat verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatı

Bütün Azərbaycan ictimaiyyətinə bəllidir ki, aylar öncə AXCP Salyan təşkilatının fəalı Əlzamin Salayev bir qadına qarşı hədəqorxu yoluyla xoşagəlməz rəfdarlara yol verən polis zabiti Hmzə Əzizovun çirkin əməllərini ifşa etmişdi. 21 yaşlı qadının ailə üzvləri də video müraciətdə xalqa bildrmişdilər ki, Həmzə imkanlarından sui istifadə edərək qızı qardaşını həbs etməklə hədələyərək bu münasibətə məcbur edib. Hüquq mühafizə orqanları işi obyektiv araşdırmaq əvəzinə, Əlzamin bəyi həbs edərək işgəncələrə məruz qoymuş və 30 sutka inzibati həbs vermişdilər.

Polis orqanlarlndaki işgəncəlrdən sonra Əlzəmin Salaeyev cərrahi əməliyat keçirməli olmuşdu. Bu gün 20 aprel 2020 tarixdə Salyan rayon məhkəməsi sözügedən polis zabitinin şikayəti əsasında Əlzamin Salayevə heç bir araşdırma aparmadan təcili şəkildə, hazırlıq iclasında 2 il 3 ay həbs verib.

AXCP bəyan edir ki, bu həbs də dirgər həbslər kimi AXCP-yə və fəal vətəndaşlara qarşı repressiyanın tərkib hissəsidir. Əlzamin salayev son günlərdə repressiayaya məruz qalan 9- cu cəbhəçidir və onun həbsi birmənalı şəkildə hakimiyyəti sərt tənqid edən siyasi və vətəndaş mövqeyinə görədir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, bütün qanuni imkanlardan istifadə edərək Əlzamin Salayevin hüquqularını qoruyacaq və repressiyalar qarşısında bir addım da geri çəkilməyəcək. Bu addım və Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin artıq 7 gündür informasiya blokadasında saxlanması onu göstərir ki, repressiyalar ən yüksək səviyyədə siyasi sifarişin nəticəsidir.

Facebook Comments