AXCP Ali Məclisinin üzvü polisə çağırıldı

AXCP Ali Məclisinin üzvü Sahib Rüstəmli polisə çağırılıb.

Sozcu.az xəbər verir ki, bu barədə AXCP sədr müavini Gözəl Bayramlı məlumat verib:

“Sabirabad rayon şöbəmizdən daxil olan məlumata görə AXCP Ali Məclisinin üzvü Sahib Rüstəmli təxminən 1 saat əvvəl Sabirabad rayon polis idarəsinə aparılıb. Görək bunu nə ilə izah edəcəklər? Tam əminik ki, Sahib bəy Fb-dəki fəaliyyətinə, tənqidi yazılarına görə polisə aparılıb. Bu, Sabirabadın Saatlıdan transfer olunan icra başçıısı Siraqəddinin də göstərişi ola bilər. Yəqin özünü təsdiqləməyin bundan asan formasını tapa bilməyib. Gözləyirik…”