Hərəkatın hədəfi seçkilərdə iştirak etmək deyil” -İsgəndər Həmidov

“Biz deputat kürsüsü uğrunda mübarizə aparmırıq və aparmayacağıq”.

Sozcu.az xəbər verir ki, bunu keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyib:

“Azərbaycan Xalq Hərəkatının hədəfi seçkilərdə iştirak etmək deyil. Biz deputat kürsüsü uğrunda mübarizə aparmırıq və aparmayacağıq. Bizim hədəfimiz Azərbaycanı demokratik ölkəyə çevirmək, insanlarımızın layiq olduğu haqqlarını özlərinə qaytmarmaqdır. Siyasətdə alverlə demokratik dəyişiklik olmur. İstənilən alver rejimin ömrünün daha çox uzamasına xidmət edir!

Azərbaycanın Konstitusiyasına əsasən hakimiyyətin mənbəyi xalqdır. Bizdə AXH olaraq çalışırıq ki, hakimiyyəti əsl sahibinə Xalqa geri qaytaraq”.