AXC 30 – Aydın Şükürün yazısı

Aydın Şükür

Azərbaycan Xalq Cəbhəsi, özündə Azərbycan Xalqının 7-dən 77-yəkimi birləşdirib azadlıq savaşı aparan, Azərbaycan Xalqının möhtəşəm təşkilatı olub və Azərbaycanın şərəfli tarixidir.

Qarşıdan 16 iyul, Azərbaycan Xalqının şərəfli tarixi olan Azərbaycan Xalq Cəbhəsinin yaranmasının (AXC-nin), Azərbaycanda Milli Azadlıq Hərəkatının baş verməsinin-Azərbaycan Xalqının təşkilatlandığının rəsmən bəyan etdiyi gün gəlir-AXC-30…

Azərbaycan Xalqının son 30 illik tarixinin, ilk 4 illik dönəmində, dolu və şərəfli  ümumimilli işə xeyir verən bir savaş var,  son 26 illik dönəmində isə xalqın bu işinə ziyan verən bir çox boşluqlar,yanlışlıqlar var.Ən başlıcası və qorxulusu da, aparılan yanlış daxili siyasətin təhlükəliliyi, xalqın ictimai-siyasi həyatdan bir kənara itələnməsi və xalqın  millətləşmə prosesinin əngəllənməsidir.

Daxili siyasət, gerçəkləri gizlədib, yalanlara meydan verərsə, xalq özünəinamı itirər,həmişə parçalanmış vəziyyətdə olar, milli iradəsi olmaz, bu da, xalqı zəif düşürər, dövləti xarici təhdidlərə, əraziləri işğala məruz qoyar,xalqın sərvətlərinin talanmasına şərait yaradar.

Bütöv bir xalqın öz azadlığı uğrunda apardığı savaşı,əldə etdiyi istiqlaliyyəti, kimlərinsə təkbaşına “əldə etdiyi” qələbə kimi təqdim etmək, o xalqa qarşı ən böyük təxribatdır,düşmənçilikdir, xəyanətdir.

Təbii ki, xalqın azadlıq savaşının önünə çıxmışlar-ideyanın lider aparıcısı, ideyanın öncül daşıyıcıları, o xalqın sınaqdan çıxardıb güvəndiyi,inanıb seçdiyi və etibar etdiyi övladları olub və bütün təbəqələrdən olan belə dəyərli fədakar insanların Azərbaycan tarixində ayrı-ayrılıqda öz yeri, öz əməyi, öz imzası var.

Azərbaycan xalqının təbii haqqı olan azadlıq savaşının son kütləvi hərəkat dönəmində, belə təmannasız fədailərin-həyatlarını açıq formada və şüurlu surətdə təhlükəyə atmış,imperiyanın təzyiqlərinə məruz qalmış,məhbəslərdə yatmış,sui-qəsdlərlə üzləşmiş, sağlamlığını itirmiş,ailə mərhumiyyətlərinə düçar olmuş, şəhid olmuş dəyərli vətən övladlarının şərəfli tariximizin səhifəsində danılmaz rolu da vardır.

Lakin bütün bunlar,bütövlükdə nə istədiyini bilən bir xalqın apardığı azadlıq savaşının MAHİYYƏTİNƏ kölgə sala bilməz.

Azərbaycan Xalqının milli iradəsi,milli azadlıq istəyi ortada olmasaydı, o savaş meydanı olmazdı,kimsə lider aparıcı,öncül daşıyıcı ola bilməzdi.Kimlərinsə kimlərisə qınaması və insanlarımızın biri-birində səhvlər axtarması,Azərbaycan xalqının şərəfli davasının MAHİYYƏTİNİ ört-basdır edə bilməz.İnsanlarımızın gəldi-gedər, xalqımızın əbədiyaşar olduğunu anlamalı, xalqımızın yaşadığı şərəfli tarixə düzgün qiymət verməyi bacarmalıyıq.Xalqın içərisində yalançı qəhrəmanlar və xəyanətkarlar düzəltmək, o xalqı  qəhrəman xalq olmağa,özünə,öz davasına inanmağa imkan verməyən düşmənlərin işidir

Azərbaycan Xalqı, əsrlərdən bəri imperialistər tərəfindən başına gətirilən müsibətlərlə ayaqda durursa, dünyada 50 milyinluq bir xalq olmağına baxmayaraq, 10 milyonluq bir dövləti varsa,mütləq, işğal olunmuş ərazilərimizi də azad edəcək,Bütöv Azərbaycan Dövlətini də quracaq.

Azərbaycan Xalqı,1988-ci ilin Meydan Hərəkatından başlayaraq, açıq formada BİR AİLƏ kimi mübarizəyə qalxdı.Əsrlərdən bəri Azərbaycan Xalqı ilə, önun düşmənlərinin arasında gedən savaş, fərdi, gizli siyasi fəaliyyətlərdən, açıq kütləvi hərəkata keçdi.1920-ci ildə azadlığını və dövlət müstəqilliyini itirmiş,Rus imperiyası tərəfindən əsarətə alınmış,70 il represiyalarla susdurulmuş Azərbaycan xalqı növbəti dəfə ayağa qalxdı və təşkilatlanmağı bacardı. Əvvəl Qarabağın üzərini almış qara buludlara-rus-erməni işğalı təhlükəsinə görə ayağa qalxan Azərbaycan Xalqı, həm Moskvanın köləsi olan yerli hakimiyyəti, həm də SSRİ-nin mərkəzi hakimiyyəti tərəfindən heç bir imdad görmədiyi üçün, CƏBHƏLƏŞDİ və SSRİ adlanan Rus imperiyasına qarşı açıq savaş açdı. Cəbhələşmiş məğrur və mübariz xalqımız təşkilatlandı,1989-cu ilin bu günü,16 iyul tarixində, Azərbaycan Xalq Cəbhəsini təsis edib, Milli Azadlıq Hərəkatına təşkilati formada start verdi.

Azərbaycan xalqının apardığı savaş,o dövrün mövcud qanunçuluğuna uyğun olaraq təşkilati formada hərəkətə keçdi.7 milyonluq Quzey Azərbaycan Xalqının böyük əksəriyyətinin iştirak etdiyi bir azadlıq savaşına başladı. Müstəqil dövlət olmaq,ərazi bütövlüyünü təmin etmək ideyasını özünə ortaq düşüncə edən Azərbaycan Xalqı, ortaq istək, ortaq duyğu,birgə fədakarlıq ətrafında birləşdi.

Savaş cəbhəmizin bir tətəfində, torpaqları 20-ci əsrin növbəti işğal təhlükəsində olan, insanları təqiblərə, təzyiqlərə,işgəncələrə,qəttllərə  məruz qalan, haqq bağıran övladları kütləvi məhbəslərə doldurulan, sahibsiz qalmış, özünə dövlət qurmaq istəyən Azərbaycan Xalqının özü durur, digər tərəfində isə, mənfur qaniçən nəhəng Rus imperiyasının-SSRİ-nin Azərbaycan SSR-idəki manqurtlaşmış yerli əlaltıları-rusların yanında durmuş kimi görünənlər.Ona görə ki,onlar, imperiyanın bir sitemi olaraq, yalnız rusun kölgəsində görünə bilməkdən, ağalarının əmrlərinə icraçılıq etməkdən başqa bir şeyə yaramırdılar.Onların içərisində, xalqın haqq savaşına könül verənlər də az deyildi.Azərbaycanın müstəqilliyinin həmişə əleyhinə olmuş və 1993-cü ildə Rusun-İngilisin himayəsinə girərək Azərbaycan xalqının milli azadlıq savaşının məğlub edilməsində,Xalq Hakimiyyətinin devrilməsində bir başa iştirak etmiş,Xalqın möhtəşəm birliyinin darmadağın olmasında, Azərbaycan xalqının yenidən əsarətə salınmasında misilsiz xidmətləri olmuş,o vaxtkı kommunistlər-bu günkü YAP hakimyyəti dururdu.O vaxt kommunistlər olmuş və sonradan adlarını dəyişsələr də, niyyətləri, əxlaqları və xislətləri dəyişməyən, nəfslərinə yenik düşmüş YAP-çılar o vaxt da,indiki kimi Azərbaycan Xalqının Azadlığının, rifahının əleyhinə olmuşdular.Həmən SSRİ-nin yıxılması səbəblərindən biri olan rüşvətxor-oğru əxlaq-Azərbaycan kommunist hakimiyyəti-(sonradan YAP-nın sosial bazasına çevrilən və yaxud təşkilati adlarını dəyişdirib, əxlaqlarını dəyişdirməyənlər), xalqın aşkarlığının,demokratiyasının, azadlıq havasının  təzyiqi altında qalıb boğulurdu.

O vaxt Azərbaycanda,Xalq tərəfindən dinc metodlarla,kütləvi mitinqlər,nümayişlər, kütləvi tətillər,Azərbaycan Neftçilər Hərəkatı,Azərbaycan Milli Elmlər Akademiyası, geniş konfranslar,qurultaylar və paralel olaraq,  rus-erməni adlı müharibədə  ərazi bütövlüyümüz uğrunda ilk silahlı özünü müdafiə dəstələrindən başlayan,müstəqilliyə doğru gedən yolda kütləvi həbslərlə, kütləvi represiyalarla və  Şəhidlərlə davam edən bir Savaş varıdı…!

Azərbaycanın müstəqqilliyini əldə edən, ərazilərimizi işğaldan azad edən bir Xalq Savaşı vardı. Qarşısında dövlət müstəqqiliyini və ərazi bütövlyünü məqsəd qoymuş Azərbaycan xalqı, Öz Davasına sahib çıxmaq uğrunda, siyasi mədəniyyətlə, əzmkarlıqla,fədakarlıqla, milli iradə ilə şərəfli bir Savaş aparırdı..

Azərbaycan Xalqını BİR AİLƏ kimi özündə birləşdirən Azərbaycan Xalq Cəbhəsi-Azərbaycan Xalqı(!),1990-da Parlamentdə 41 nəfər millət vəkili yeri aldı, istiqlalçı millət vəkilləri ortaya çıxardı.SSRİ-nin başkəsən Ali Sovetini əvvəl Milli Şuraya,sonra Milli məclisə çevirdi-milliləşdirdi.1991-də Müstəqilliyimizi elan etdi,1992-93 də rus ordusunu Azərbaycandan çıxardı,Rus-erməni işğalında olan Qarabağ toprpaqlarının çox hissəsini işğaldan azad etdi.Azərbaycan Xalqının möhtəşəm birliyindən, bu uğurlarından narahat olan Rus-İngilis alyansı,yerli əlaltılarının-kommunistlərin-yapçıların əli ilə Azərbaycanda 1993-cü ilin iyununda dövlət çevrilişinə nail oldu.Rüşvətxor-oğru əxlaq,1993-cü ilin iyunundan, Azərbaycanı yenidən işğal etdi,xalq əsarətə alındı, parlamentdə Azərbaycan Xalqının təmsilçiləri olmadı,müstəqilliyimiz sual altına düşdü, azad etdiyimiz torpaqlar və əlavə 6 rayonumuz işğal olundu…

1989-cu ildə, Azərbaycan Xalqı dünyanın azadlıq uğrunda savaşan ən mübariz xalqı kimi öz tarixinə şanlı möhür vurdu.1990-cı ilin 20 yanvarı, Azərbaycan Xalqını-AXC-i sındıra bilmədi. Azərbaycan Xalqı 22 yanvarda, 20 yanvar şəhidlərinin dəfn günü, ümumrespublika matəm mitinqi ilə, 7 milyonluq Azərbaycanı əhatə etməklə, bütün dünyaya öz birliyini,öz gücünü, dəyanətini göstərdi vəazadlıq savaşı aparan bir xalq olduğunu sübut və təsdiq elədi. Dünyaya Böyük Birlik nümayiş etdirən Azərbaycan Xalqı,1990-nın 22 yanvarında, Azərbaycanın hər yerində, eyni vaxtda, eyni saatda,hər bir rayon mərkəzlərində, ucqar yerlərində, 20 yanvar şəhidlərinin dəfn gününə həsr olunmuş  matəm mitinqləri keçirdi.Xalqımıza qarşı 20 yanvar qırğınını törətmiş Kommunist partiyasının partiya biletlərindən kütləvi imtina olundu və partbiletlər kütləvi surətdə yandırıldı. Həmən möhtəşəm gün, o əzəmət,o şərəfli tarix, Azərbaycan xalqına Özünün öz gücünü göstərdi, müstəqil olmağın vacib olduğuna bir daha inandırdı və daha da əzəmətli elədi.

Həmişə işğalçılar gəlib,bizi qırıb,özlərinə heykəl qoymuşdular. Lakin, 20 yanvarda Azərbaycan Xalqı,Özünə heykəl qoydu.

20 yanvar qırğınına əmr vermiş və başçılıq etmiş Rusiya-SSRİ Müdafiə naziri Yazovun, məyus halda “ Biz gəlmişdik Azərbaycan Xalq Cəbhəsinin strukturlarını darmadağın edək,ama strukturu tapıb aşkar etməyə gücümüz yetmədi” dediyi məhşur söz, böyük bir həqiqət idi. Çünki Azərbaycan Xalq Cəbhəsinin strukturu,30 milyonluq Cənubi Azərbaycanın da dəstəyi olmaqla yanaşı, Quzeydə7 milyonluq Azərbaycan xalqının birgə iştirakından ibarət idi.AXC, Azərbaycan Xalqının milli iradəsini təşkilati səviyyədə ifadə edən , xalqın könül qoyduğu,ümid etdiyi,əsgərinə çevrildiyi bir möhtəşəm ümumxalq qurum olub.

Azərbaycan Xalqının Haqq mübarizəsini, şərəfli tarixini, təşkilatlanmış xalq olaraq bir arada olan illərini, BÖYÜK BİRLİYİNİ unutdurmağa,dəyərdən salmağa,tarixdən silməyə çalışanlar, Azərbaycan xalqının dostları ola bilməz.O illərə milli-mənəvi deyil, maddi baxanlar, oyunçu-Savaçı olmaq əvəzinə oyuncaq olanlar, mənsub olduğu Azərbaycan xalqının fədakar xidmətçisi yox, Azərbaycanı işğal edənlərin  aciz və gücsüz oyuncaqlarıdır.Xalqına dəyər verməyi bacarmayanlar, xalqın düşmənlərinin dəyərsizlərindən-nökərlərindən olanlardı.

30 il əvvəl AXC-nin-Azərbaycan Xalqının təşkilatlanmış formada başlatdığı Milli Azadlıq Savaşı,1992-ci ilin sonundan başlamaqla-imperialistlərin yançılarından ibarət olan YAP yaranandan sonra daha güclü tərxibatlara məruz qaldı,1993-cü ilin iyununda-dörd ildən sonra məğlubiyyətə uğradı.Azərbaycan xalqının xalq olmağından narahat olan qüvvələrə-rusa,ingilisə,farsa,avropaya,amerikaya və onların yerdəki xəyanətkarlarına Azərbaycan xalqının gücü çatmadı, xalq olaraq onların törətdikləri hər cür tərxibatların,sobatajların,antixalq təbliğatların, xəyanətlərin qarşısını almağı bacarmadı və məğlubiyyətəuğradı…! Bu məğlubiyyətə səbəb, Azərbaycan xalqının zəifliyi və acizliyi deyil, Azərbaycan Xalqının, Milli Azadlıq Savaşına qarşı birləşmiş dünya gücləri qarşısında təklənməsi və düşmənlərin məkrli və çox güclü olması idi.

Azərbaycan Xalqının uğurlarını özünə qaytarmaq, Azərbaycanı əsarətdən qurtarmaq,Xalq olaraq məmləkətimizin əfəndisi olmaq,namusumuz olan vətən torpaqlarım işğaldan azad etmək üçün, yeni biçimdə-Azərbaycan Xalqını, AZƏRBAYCAN XALQ CƏBHƏSİ kimi özündə birləşdirə biləcək XALQ HƏRƏKATINA-1993-cü ildə məğlubiyyətə uğradılmış Milli Azadlıq Savaşının davametdirilməsinə böyük ehtiyac var.Xalq Hərəkatı, xalqların siyasi mədəniyyətidir və Azərbaycan Xalqının bu mədəniyyəti ortaya qoymağa böyük təcrübəsi var. O enerji, o istək,o ruh, o məhəbbət və o sədaqət, eyni zamanda xalqın, bütün bunları bir arada tuta bilməsi bacarığı və təcrübəsi deyir ki, AZƏRBAYCANIN TARİXİNDƏ, Azərbaycan xalqının həyatında, xalq olaraq belə bir möhtəşəm ümumxalq işi, Azərbaycan Xalq Cəbhəsi kimi nəhəng və əzəmətlibir təşkilatı heç vaxt olmayıb .(tarixçilərimiz,araşdırmaçılarımız bilməmiş deyillər.) Azərbaycan xalqının Öz Savaşının nəticəsi olaraq 28 illik bir dövləti var. AXC, azadlıq,müstəqillik, ərazi bütövlüyü  uğrunda Savaş aparan, Azərbaycan Xalqının təşkilatlanmış forması olub.

AXC- Azərbaycan Xalqı, tək başına savaş apardı, 4 il ərzində-1989-93 ci illərdə müstəqilliyi əldə etdi,ərazi bütövlüyü uğrunda silahlı dəstələrdən başlayıb,könüllülərdən ibarət ordu qurdu,QARABAĞın 52%-ni işğalçı rus-erməni hərbi birliyindən təmizlədi. AXC-Azərbaycan Xalqı,müstəqillik və ərazi bütövlüyümüz uğrunda 5 mindən çox şəhid verdi.

Xalqımızın möhtəşəm tarixinin  mahiyyətindən deyil, detallarından söz açıb, ucuz, dəyərsiz, xalqın ziyanına işləyən, düşmən dəyirmanına su tökən zərərli mübahisələr yaradıb danışanlar,xalqı bölürlər,parçalayırlar, bilərəkdən(?!) və ya bilməyərəkdən(!?) oyuncağa dönürlər,xalqın təşkilatlanmış formasının dövlət olmalı olduğunu dərk etmirlər, xalqı təşkilatmadan, milli iradənin formalaşmasından, millətləşmə prosesindən yayındıraraq xalqın düşmənlərinə xidmət edirlər.Başda Heydər Əliyev və onun uğursuz davamçısı, xalq anlayışı olmayan İlham Əliyev olmaqla, Azərbaycan Xalqının şərəfli tarixinə, Azərbaycan tarixində analoqu olmayan, Azərbaycan Xalqının təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsinə ümumi halda iftira atanlar,Azərbaycan Xalqının özünə və tarixinə iftira atmiş olurlar.Azərbaycandakı siyasi rəqiblərinə (?!) (bəlkə də ortaqlarına) “təzyiq” göstərmək.aşağılamaq havası ilə ayrı-ayrı fərdlərin adı altında, Azərbaycan Xalqının əleyhinə yönəlik imperialistlərin siyasətinə uyaraq belə anlaqsız təbliğatları, Azərbaycan Xalqını aşağılamaqdan, xalqa düşmənçilikdən  başqa bir şey deyildir.

Mahiyyətində Azadlıq Savaşı olan, Milli Azadalıq Hərəkatının- AXC-nin tarixində, biri birindən maraqlı, ibrətamiz, xalqın savaşının möhtəşəmliyini əks etdirən tarixi hadisələrdən olan yazılar, tarixçilərimizin, araşdırmaçılarımızın,ekspertlərimizin,fikir-ideya adamlarımızın verdiyi rəylər,möhtəşəm tariximizin  əsl mahiyyətinin ortaya çıxmasına xidmət etməlidir.Bu xidmət, Azərbaycan Xalqının Özünə bir daha inanmasına, keçdiyi Yolun şərəfini bir daha duymasına və idrak etməsinə,mübarizə ruhunun möhkəmlənməsinə,millətləşmə və dövlətləşmə Yolunun şanına-şöhrətinə xidmət etməlidir ki,ərazimizin bütöv, cəmiyyətimizin güclü,millətimizin qüdrətli, dövlətimizin dayanıqlı,xalqımızın şanlı və şöhrətli olmaq savaşı hədəfinə çatsın.

AXC- Azərbaycanın tarixində, Azərbaycan xalqının Öz imzası olan, çox möhtəşəm və şərəfli tariximizdir.

AXC, heç kimin deyil,hamının-Azərbaycan Xalqının Öz təşkilatı idi.

Savaşımızın adını, tariximizdə baş verənlərin əsl mahiyyətini,xalqımızın gerçək dəyərini bilməliyik ki, hər birimiz əxlaqca gözəl, mənəviyyatca zəngin olaq, məkanca gözəl və maddiyyətcə zəngin məmləkətimizdə əmin-amanlıqda yaşayaq.

Allah, bu YOLda şəhid olmuş övladlarımıza rəhmət eləsin, Qazilərimizə uzun ömür, can sağlığı versin..!

Allah xalqımıza,vətənimizə və dövlətimizə zaval verməsin!!!