Avropada yeni birlik: 4 ölkənin xüsusi təyinatlıları birləşir

Xorvatiya, Sloveniya, Macarıstan və Slovakiya müdafiə nazirləri xüsusi əməliyyatlar qüvvələri regional komandanlığının yaradılması üçün qarşılıqlı anlayış haqqında memorandum (R-SOCC) imzalayıblar.

Axar.az xəbər verir ki, bu barədə məlumatı NATO-nun rəsmi saytı yayıb.

Razılaşmaya əsasən, komandanlıq Macarıstanın rəhbərliyi altında olacaq və əsas məqsədi 4 ölkənin xüsusi təyinatlı bölmələrinin effektiv istifadəsinin atırılmasıdır. R-SOCC-un tam döyüş hazırlığı səviyyəsinə 2024-cü ildə gətiriləcəyi vurğulanıb.