Avropada koronadan ölənlərin 95%-i yaşlılardır – ÜST

Avropada koronavirusdan ölənlərin 95%-i 60 yaşından yuxarı şəxslərdir.

Sozcu.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bölməsinin nümayəndəsi Hans Klyuge deyib.

Onun sözlərinə görə, risk qrupuna daha çox ürək-damar xəstəliyi, yüksək təzyiqi və diabeti olanlar daxildir.

Klyuge həmçinin ölən hər 10 pasiyentdən 8-nin bir və ya iki xroniki xəstəlikdən əziyyət çəkdiyini deyib. ÜST nümayəndəsi bütün yaşlı insanların COVİD-19-u ağır şəkildə keçirmək riski altında olduğunu söyləyib.

Facebook Comments