Avropa Şurasının rəsmisi seçkilərdən danışdı

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes “Seçkinin mediada işıqlandırılması” sessiyasında bildirib ki, seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır.

Oxu.Az xəbər verir ki, Z.Hernyes Avropa Şurasının seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verdiyini deyib.

“Bu tövsiyələr, əsasən, medianın rolu ilə bağlıdır. Media üçün şərait yaradılmalıdır. Başqa sözlə, həm dövlət, həm də özəl media qurumları seçki prosesinə cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir”,-deyə o əlavə edib.

Diplomat söyləyib ki, Avropa Şurası Azərbaycan tərəfinə, o cümlədən, Prezident Administrasiyasına, Mətbuat Şurasına və digər qurumlara seçkilər dövründə onlarla əməkdaşlığa görə təşəkkür edir.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək.

Facebook Comments