Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycana gəlir — Siyasi məhbus məsələsi müzakirə oluna bilər

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç iyulun 8-12-də Azərbaycana səfər edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Turan agentliyinə Avropa Şurasındakı mənbələrdən məlum olub.

Səfər proqramı hələlik açıqlanmır, amma böyük ehtimalla Miyatoviçin Bakıda siyasi məhbuslar və bütünlükdə insan hüquqları məsələlərini müzakirə edəcəyini təxmin etmək olar.