Avrokuboklarda ingilis hegemonluğu

Bu mövsüm avrokuboklarda ingilis klubları uğurlu çıxışı ilə diqqət çəkir.

Sozcu.az-ın məlumatına görə, həm Çempionlar Liqası, həm də Avropa Liqasında yarımfinala vəsiqə qazanan 8 komandadan dördü Premyer Liqa təmsilçiləridir. “Liverpul” və “Tottenhem” qitənin bir nömrəli, “Arsenal” və “Çelsi” isə ikinci dərəcəli klub turnirində ən yaxşı 4 komanda arasına vəsiqə qazanıblar.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında “Liverpul” “Barselona”, “Tottenhem” isə “Ayaks”la qarşılaşacaq. “Arsenal”la “Çelsi”nin Avroliqada final yolundakı son rəqibləri isə müvafiq olaraq, “Valensiya” və “Ayntraxt”dır.(Qol.az)

Facebook Comments