Avro-2020-nin biletləri qaytarılır

UEFA Avro-2020-nin oyunlarını izləmək üçün alınan biletlərin geri qaytarılacağının mümkün olduğunu açıqlayıb.

Sozcu.az xəbər verir ki, qitə futbol qurumunun məlumatında bildirilir ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan yarışı izləmək bir sıra azarkeşin planlarına uyğun gəlməyə bilər.

Bu səbəbdən bilet alan şəxslər istədiyi halda onu geri qaytara bilər. Qeyd olunub ki, əgər fanatlar 2021-ci ildə oyunlara gedə bilməsə, ödədikləri vəsait onlara tam şəkildə qaytarılacaq.

Xatıradaq ki, Avro-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.

Facebook Comments