Azərbaycanda müxalifətə qarşı silahlı dəstə formalaşdırılır?

Bir müddətdir ki, Azərbaycanda “Milli Fədai” Təşkilatı adlı bir təşkilatın formalaşması haqda məlumatlar dolaşır. Əsas fəaliyyəti müxalifətçi gəncləri təhdid etmək olan bu təşkilatın sədri “Qazaxlı Alik” kimi tanınan, Qarabağ müharibəsinin iştirakçısı Alik Muradovun oğlu Fuad Muradovdur. Müxalifətçi partiya üzvlərini evlərinə basqın edəcəkləri, hətta öldürəcəkləri ilə təhdid edən Fuad Muradovun əməlləri barədə hələ də ölçü götürülmür.

Fuad Muradovun “fədailəri” bu dəfə AXCP Gənclər Komitəsinin üzvü Nicat Abdullazadəni təhdid edərək, onu yaşadıqları evə basqın edəcəkləri ilə hədələyir.

Sozcu.az xəbər verir ki, bu barədə Nicat Abdullazadə özü yazıb məlumat verub:

“Rejim indi də odla oynayır. Əsəbləri dözmür. Siyasi mübarizəni məhlə davasına, zor müstəvisinə keçirmək istəyirlər. Xüsusi xidmət orqanlarının himayəsində “milli fədailər qrupu adı ilə” zorakılığa meylli insanları toplayıb, üstümüzə göndərirlər. Biz sizin rəsmi zor aparatınızdan qorxmuruq. Qeyri – rəsmisindən nəyə görə qorxaq? Həmin bu özünü “milli fəadilər qrupu” adlandıran qrupun başçısı Fuad Muradov məni zəng edib hədələyir, evimə basqın edəcəyini bildirir. İstəyirəm bütün ictimaiyyət bilsin ki, bu qrupların bu cinayətkar davranışı hakimiyyətin sifarişi ilə baş verir. Şəxsən mənim həyatıma görə İlham Əliyev və onun hökuməti məsuliyyət daşıyır. Mənim küçə adamları ilə nə işim? Mənim və əqidədaşlarımın mübarizəsi rejimlədir, siyasidir.

Rəsmən DİN-ə müraciət edirəm. Adamınızı yığışdırın, sizə arxalanıb məni terrorla hədələyir”.

Nicat Abdullazadənin Fuad Muradovun təhdid edilməsinə cəmiyyətdə münasibət kəskin olub. Məsələyə münasibət bildirən insanlar ölkənin bilərəkdən vətəndaş müharibəsinə sürkləmək istəyən qüvvələrin varlığına göz yumduqları üçün, dövlətin təhlükəsizlik orqanlarını ciddi şəkildə tənqid ediblər.

Nicat Abdullazadənin təhdid olunması ilə bağlı DİN-ə müraciət etməsindən sonra, Fuad Muradov yenidən özünün feysbuk səhifəsində yazaraq, müxalifətçiləri yenidən təhdid edib:

Növbəti mitinqinizin olmasını sizdən çox arzu edirəm. karatedə bir fənd var “Mavaşa” bir də “Kaytingeri” Əli aşiqlərinə görsədəcəm, cəzası da yəqin 20 günlük falan olar. Eyvallah görüşərik

Facebook Comments