“Atletiko”nun formasını ölənə qədər qoruyacağam ” – Suares

“Atletiko”nun futbolçusu Luis Suares Madrid təmsilçisindəki ilk ayları və sabiq klubu “Barselona” haqda danışıb.

Sozcu.az “AS”a istinadən xəbər verir ki, o, yeni klubunda özünü çox yaxşı hiss etdiyini deyib: “Əvvəlcə bu transferin ailə – məktəb, ev tapmaq məsələsində çətinliklər vəd etdiyi görünürdü. Ancaq klub mənə kömək etdi, həyatımı asanlaşdırdı. Burada özümü rahat hiss edirəm, “Atletiko” haqqında hər şeyi sevirəm.

“Barselona”ya qol vursam, qeyd edəcəyəm? -Xeyr. Klub və komanda yoldaşlarıma hörmətimə görə bunu etmərəm. Bir çox dostuma qarşı oynamaq xüsusi bir hadisə olacaq. Ancaq oynadığım bütün komandaların formalarını qoruyuram. “Atletiko”nun formasını ölənə qədər qoruyacağam ”.

Facebook Comments