“Atletiko” başlayacaq, “Barselona” bitirəcək – Afişa

Bu gün İspaniya La Liqasında 38-ci – sonuncu tura start veriləcək.

Sozcu.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Çempion “Barselona” bu tur səfərdə “Eybar”la qarşılaşacaq. “Real” isə “Betis”i qəbul edəcək. “Atletiko” “Levante”ni, “Sevilya” isə “Atletik”i sınağa çəkəcək.

İspaniya La Liqası, 38-ci tur

18 may

15:00 Levante – Atletiko
18:15 Espanyol – Real Sosyedad
18:15 Xetafe – Vilyarreal
18:15 Sevilya – Atletik
18:15 Valyadolid – Valensiya
22:45 Alaves – Jirona
22:45 Selta – Rayo Valyekano
22:45 Hueska – Leqanes

19 may

14:00 Real – Betis
18:15 Eybar – Barselona  (Komanda.az)