“Atletiko” “Barselona”ya qalib gəldi – “Real”a rəqib oldu

Səudiyyə Ərəbistanında keçirilən İspaniya superkubokunda sonuncu finalçı müəyyənləşib.

Sozcu.az xəbər verir ki, yarımfinalda “Barselona” “Atletiko” ilə qarşılaşıb. Matç Madrid klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya təmsilçisində Lionel Messinin 59-cu, Jerar Pikenin 74-cü dəqiqədə vurduğu qollar vdeotəkrardan (VAR) sonra ləğv edilib.

“Barselona” – “Atletiko” – 2:3

Qollar: Koke, 46 (0:1), Messi, 51 (1:1), Qrizmann, 63 (2:1), Morata, 81-pen (2:2), Korrea, 86 (2:3)

Beləliklə, Dieqo Simeonenin komandası həlledici görüşdə “Valensiya”nı mübarizədən kənarlaşdıran “Real”la qarşılaşacaq. Final matçı yanvarın 12-i keçiriləcək.

Facebook Comments