“Atəşgah” sığorta Qarabağ qazisini süründürür

Qarabağ qazisi Elnur Abdullayevi “Atəşgah” sığorta şirkəti süründürür. Özü də sözün hər mənasında…

Elnur Abdullayev başına gələnləri belə ifadə edir:

“Deməli, yanvarın 24. Maşınımı vurub aşırdıblar. Vuran tərəfin sığortası atəşgah sığortadı. Mənnən qəzaynan bağlı bütün sənədləri istədilər. Tələb olunan sənədlərin hamısını verdim. 11 gündən sonra maşınımı servisə qüsur aktı çıxarmaq üçün apardılar. Sonra zəng eliyib maşını servis düzəltmir, gəlin baş ofisə maşına qiymət qoyaq hesabınıza razılaşmış pulu köçürək dedilər. Biz 4200 man razılaşdıq. 14 fevralda ərizəmi götürdülər, mənə dedilər ki ərizə verilən gündən 7 iş günündə hesabına məbləğ köçürüləcək. Hədda dedilər ki qazi olduğunuz üçün sizə maksimum 4 günə yüklənəcək. (Guya hörmət edirlər). 20 fevralda təzdən mənnən şəxsiyyət vəsiqəmin şəkilin vatsappla istədilər.( bu qədər vaxta bunlar görmürmüşlər ki vəsiqəmin kopyası tünd düşüb). Hər gündə məlumat mərkəzlərinə zəng edirdim. Hər gün sabah köçəcək. Nahardan sonra köçəcək deyib yola verirdilər. Belə belə günləri uzadırdılar. 26 fevralda mənə zəng eliyib bank rekvizitlərimi yenidən istədilər. Mən bu sənədlərin hamısını hadisədən 4 gün sonra toplu şəkildə sığortaya təqdim etmişdim. 26 fevralda mən onlarnan çox aqressiv danışdım.mənə tam əminliknən dedilər ki bugün köçürdürük. 27 si nahardan sonra gedin alın. Məndə 27 si banka getdim köçməmişdi. Yenə sığortaya zən vurdum dedilər biz pulu vurmuşuq. Bankda hesabımda pul olmurdu. Sonra mənə dedilər 28 i səhər gedin götürün. Getdim olmadı. Yenə zəng vurdum dedilər saat 3 də yüklənəcək. Saat 5 ə işləmiş getdim yüklənməmişdi. Getdim sığortanın Sumqayıt filyalına. Hay küy elədim. Zəng vurdular baş mühasibə, yanımda danışdılar. Mühasib dedi ki, mənə bu günə kimi bank rekvizitlərin sığortanın işçiləri düzgün göndərməmişdilər. Guya həftənin birinci günü, yəni martın 2 si pul bankda olacaq. Mənə dedikləri 7 iş günü artıq martın 2 sində 17 iş günü olur. Ümumiyyətlə əgər martın 2 si pul verilsə hadisədən 37 gün olacaq ki, məni bu qədər süründürdülər. Hər zəng eləyəndə sabah nəbilim bürüsü gün deyirdilər. Atəşgah sığortanın işi bax budu…”

Elnur milyonçu deyil, amma milyondan daha dəyərli vətəndaşdır. Çünki sağlamlığın itirib. O sağlamlıq ki pulla almaq vəya satmaq olmur. Belə bir insanı oyuna gətirən şirkəti tam olaraq anlamaq mümkün deyil.

Elgün Gəncimsoy

Facebook Comments