“Atamın ən çox bayraq sancmaq istədiyi yer Kəlbəcər idi” – Şəhid polkovnikin qızından əsgərə məktub…

2016-cı il Şanlı aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Vüqar Yusifovun qızı Ayan Yusifzadə Azərbacan əsgərinə məktub yazıb. Şəhidimizin qızı Azərbaycan əsgərinin atasının da arzusunu gerçəkləşdirməyi xahiş edib.

Sozcu.az həmin məktubu təqdim edir:

“Salam, qələbə tarixini yazan Azərbaycan əsgəri! Mən Yusifzadə Ayan Vüqar qızı, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət elmləri liseyinin 8-ci sinifində oxuyuram. Biz sizinlə çox qürur duyuruq. Çünki siz Azərbaycan xalqının arzularını yerinə yetirirsiniz. Bizim 2016-cı ilin aprel ayında daddığımız zəfər qələbəsini siz davam edirsiniz. Hər dəfə mən yeni-yeni torpaqlarımızın azad olunduğunu eşidəndə sizinlə daha da qürur duyuram. Mən sizin hansı əziyyətlərə qatlandığınızı bilirəm. Çünki mən də hərbçi qızıyam. Mənim atam şəhid polkovnik Vüqar Yusifovdur. Onun da sizin kimi bir məqsədi var idi, torpaqlarımızı azad etmək. Və bunu bütün əsgərlərimizə öyrətmişdi. Ancaq atamın ən çox bayraq sancmaq istədiyi yer Kəlbəcər idi. Mən çox istərdim ki, siz Kəlbəcərə bayraq sancanda atamın adını da çəkəsiniz. O zaman atam və arzusunda olan bütün şəhidlərimizin ruhu şad olar. Mən bu çətin və şərəfli günlərdə Allahdan sizə güc-qüvvət diləyirəm. Torpaqlarımızı yağı düşməndən azad edib evinizə, əzizlərinizin yanına, doğma yurdlarınıza sağ-salamat qayıdasınız”.

Facebook Comments